Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edildi
24 iyul 2015 17:30 (UTC +04:00)

Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edildi

0

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilsin.

“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanının 10-cu hissəsindən “Mingəçevir (Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında),” və “Salyan (Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında), Sumqayıt (Sumqayıt Politexnik Texnikumunun bazasında)” sözləri çıxarılıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar