Müəllim işləmək istəyənlərə vacib xəbər
28 iyun 2013 16:10 (UTC +04:00)

Müəllim işləmək istəyənlərə vacib xəbər

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə cari il iyulun 1-dən başlanacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. İyulun 1-dən 15-dək "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla elektron ərizələrin qəbulu aparılacaq.
"Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" iyulun 1-dək "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, 2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat qəzetin 6-15-ci səhifələrində dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1684

Oxşar yazılar