"Hərbi həkim kadrların hazırlanması vacibdir"  - <span style="color:red;">Müdafiə Nazirliyi
02 may 2016 18:04 (UTC +04:00)

"Hərbi həkim kadrların hazırlanması vacibdir" - Müdafiə Nazirliyi

Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müharibə şəraitində yaşadığımız zamanda hərbi həkim kadrlarının hazırlanmasının vacibliyini vurğulayan Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev qarşıda duran vəzifələrdən danışıb və şəxsi heyətin diqqətinə müdafiə naziri. general-polkovnik Zakir Həsənovun tapşırıqlarını çatdırıb.

 

Görüşdə iştirak edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli də öz növbəsində fakültənin maddi-texniki bazasından və tədris otaqlarında yaradılan şəraitdən razılığını bildirib və pedaqoji kollektivin bundan sonra da həm xidmətdə, həm də kadrların hazırlanmasında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib.


Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Fəxrəddin Ağayev isə vurğulayıb ki, fakültənin müəllim və mütəxəssisləri bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək hərbi səhiyyə üçün yüksək səviyyəli kadrlar hazırlayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar