Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropolitini qəbul edib
29 iyul 2015 16:25 (UTC +04:00)

Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropolitini qəbul edib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qurumdan Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında  əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda digər sahələrdə olduğu kimi, din sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze  və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar