Qənirə Paşayeva Sinop valisi ilə görüşüb
16 dekabr 2015 10:47 (UTC +04:00)

Qənirə Paşayeva Sinop valisi ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Sinopa səfəri zamanı Sinop valisi  Yasemin Özata Çetinkaya ilə görüşüb.

Lent.az-ın məlumatına görə, millət vəkili görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib.

Q.Paşayeva vali ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən də söz açıb:  “Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpağımızda da keçirəcəyik”, – deyə o bildirib.

 

Görüş zamanı Türkiyə ilə Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün Azərbaycanla Sinop arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğu da dilə gətirilib.  

 

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Sinopun da yer alacağını bildirib.

 

Sinop valisi Yasemin Özata Çetinkaya da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib və  "Azərbaycanın güclü olması ilə Türkiyə də güclü olub" deyib.

 

Görüş zamanı Q.Paşayeva Sinopda təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

 Görüşün sonunda Q. Paşayeva Sinop valisinə özünün müəllifi olduğu “Karabağ hikayeleri”  və digər kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar