Mətbuat Şurasında ESISC təmsilçisi ilə görüş olub
30 avqust 2013 17:05 (UTC +04:00)

Mətbuat Şurasında ESISC təmsilçisi ilə görüş olub

 

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Mətbuat Şurasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. M.Ələsgərli bildirib ki, Azərbaycan Mətbuat Şurası medianın özünütənzimləmə orqanıdır. Təşkilatın İdarə Heyətinin tərkibi jurnalistlərin qurultaylarında formalaşır.

R.Vilyam çıxışında 2002-ci ildə yaradılmış, baş ofisi Belçikanın paytaxtı Brüsseldə yerləşən mərkəzin fəaliyyətində medianın mühüm rol oynadığını diqqətə çatdırıb. Təşkilatın reallaşdırdığı layihələr barədə məlumat verib. ESISC-in bir çox ölkələrdə fundamental dəyərlərin vəziyyətini araşdırdığını diqqətə çatdıran avropalı qonaq Azərbaycanla əlaqədar obyektiv rəyin öyrənilməsinin təmsil etdiyi qurum üçün son dərəcə vacibliyini vurğulayıb.

Görüşdə bildirilib ki, Azərbaycanda media sahəsindəki mövcud problemlər tutduğu mövqedən asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrini əhatə edir. Həmin çətinliklər barədə Mətbuat Şurasında çoxsaylı müzakirələr keçirilib. Bu müzakirələr jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasını, KİV-məmur münasibətlərini və digər istiqamətləri əhatə edib. Mövcud xüsusda yerli və beynəlxalq təşkilatlarla, o cümlədən dövlət qurumları ilə səmərəli əməkdaşlıq da münasibətləri də qurulub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar