Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında terror hadisəsi baş verib. Son məlumata görə, hərbi maşınların partlaması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, qardaş ölkədə baş verən dəhşətli hadisəyə yerli məşhurlar biganə yanaşmayıb. Onlar sosial şəbəkədə Türkiyə xalqına başsağlığı veriblər.
Əməkdar artist Aybəniz Haşımova: "Ankarada baş verən terroru lənətləyirik. Canımız, Türkiyə. Biz sizinləyik".
ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu: "Böyük hədəfə gedən yolun ağrı-acısı da böyük olur. Amma o yol bizim yolumuzdur. Tanrı bizə yar olsun".
Əməkdar artist Röya: "Biz azərbaycanlılar sizinləyik. Siz də bizimlə olun. O zaman çox dağları aşarıq. Başsağlığımızı qəbul edin".
Teleaparıcı-aktrisa Aysel Nazim: "Yenə terror, yenə can itkisi. Türkiyəm, Ankara, başın sağ olsun. Terroru lənətləyirik".
Müğənni Zamiq Hüseynov: "Ankarada baş vermiş terror hadisəsində vəfat edənlərə Allah rəhmət eləsin. Acınız acımızdır".
Teleaparıcı Şəhriyar Əbilov: "Başın sağ olsun, böyük vətən. Terroru lənətləyirik".
Aktyor Fərda Xudaverdiyev: "Acınız acımızdır, Türkiyəm. Allah ölənlərə rəhmət eləsin".
Prodüser Tolik: "Allah Ankarada ölənlərə rəhmət eləsin. Türkiyənin acısı Azərbaycanın acısıdır. Terrora yox deyək, ermənilər də terrorçudur".