Məşhur tibb mərkəzi fəaliyyətini dayandırdı
20 noyabr 2013 10:41 (UTC +04:00)

Məşhur tibb mərkəzi fəaliyyətini dayandırdı

Bakıda özəl klinikalarından olan Nərgiz Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb. Lent.a-ın məlumatına görə, bu barədə azvision.az saytında xəbər yerləşdirilib. Bildirilir ki, klinika artıq bir neçə gündür ki, işləmir. Səbəb kimi klinikanın vergi borclarının olması göstərilir. 

Klinikadan faktı təsdiqləyərək bildiriblər ki, tibb müəssisəsinin fəaliyyətinin dayandırılması lisenziya müddətinin başa çatması ilə bağlıdır: “Klinika minimum bir həftədən sonra fəaliyyətini bərpa edə bilər. Bu da sənədləşmə düzəldiləndən sonra mümkün olacaq. Hazırda xəstə qəbulu tam dayandırılıb. Müəssisədə çalışan həkim heyəti isə işə çıxmır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032
avatar

Oxşar yazılar