Məleykə Abbaszadə: “Rekord sayda abituriyent...”
23 avqust 2013 11:45 (UTC +04:00)

Məleykə Abbaszadə: “Rekord sayda abituriyent...”

“9 illik orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında rekord sayda abituriyentin iştirakı gözlənilir ”. Lent. az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadə bildririb ki, avqustun 25-də 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfəri oğlan, 23565 nəfəri qızdır.

Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verən abituriyentlərin 283 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunu olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci, ən gənc abituriyent 2001-ci il təvəllüdlüdür. Qəbul imtahanı avqustun 25-də mərkəzləşdirilmiş qaydada respublikanın 12 şəhərində -Bakı, Naxçıvan, Gıncə, Sumqayıt, Mingəcdevir,Şəki, Ağcabədi, Göycay, Şirvan, Salyan, Lənkəran, Tovuz, Masallıda və Xacmazda keçiriləcək. İmtahanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbəri , 3314 nəzarətçi-müəllim ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar