Məktəblilərimiz beynəlxalq olimpiadada 2 medal qazanıb
12 may 2016 18:19 (UTC +04:00)

Məktəblilərimiz beynəlxalq olimpiadada 2 medal qazanıb

0

5-10 may tarixlərində Albaniyanın Tirana şəhərində keçirilən 33-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası başa çatıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Serbiya, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə kimi Balkan ölkələri, həmçinin İtaliya, Fransa, İngiltərə, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, ümumilikdə 18 ölkədən 100-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.

 

Olimpiadada Azərbaycanı təmsil edən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat təmayüllü liseyin eksperimental pilot  sinfinin şagirdi Anar Hüseynov gümüş və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot  sinfinin şagirdi Məhəmməd Şirinov bürünc medal qazanıb.

 

Qeyd edək ki, hazırda komanda rəhbərləri və şagirdlər riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iyul ayında müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq fənn olimpiadalarında daha yaxşı nəticələrin əldə olunması məqsədilə effektli hazırlıq prosesinə başlayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar