Məcburi köçkünlər üçün Kürdəxanıda 4 bina tikiləcək
02 mart 2018 16:45 (UTC +04:00)

Məcburi köçkünlər üçün Kürdəxanıda 4 bina tikiləcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 şirkətlə ümumi dəyəri 11 mln. 812 min 054,22 manat olan satınalma müqaviləsi bağlayıb.

 

APA-Economics” xəbər verir ki, fondun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 4 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün elan etdiyi tenderin qalibi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC olub. Fond şirkətlə dəyəri 2 mln. 947 min 692,05 manat olan müqavilə bağlayıb.

 

Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 3 № yaşayış binasının tikinti işlərinin aparılması üçün “Lanel” MMC ilə 2 mln. 945 min 942,50 manat olan müqavilə bağlayıb.

 

 

Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 2 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Rabitəinşaat” ASC ilə 2 mln. 969 min 682,22 manat olan müqavilə bağlayıb.

 

O cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 1 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə 2 mln. 948 min 737,45 manat dəyərində müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

APA Baycan

Oxşar yazılar