Marşrut daşıyıcıları üçün yeni tələblər hazırlanacaq
12 yanvar 2018 12:25 (UTC +04:00)

Marşrut daşıyıcıları üçün yeni tələblər hazırlanacaq

“Sürücülər işə götürülərkən Bakı Nəqliyyat Agentliyi (BNA) ilə razılaşdırılmalıdır”.

 

 

"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib.

 

 

M.Abbasovun sözlərinə görə, BNA-nın daşıyıcılardan əsas tələbi işə götürülən sürücülər barədə tam məlumatlı olması ilə bağlıdır. O bildirib ki, BNA sürücü-təlim mərkəzindən keçmiş sürücülər işə götürülməlidir.

 

 

"Bir də görürsən ki, daşıyıcının bir neçə avtobusu var, lakin sürücülərin sayı avtobus sayı qədərdir. Daşıyıcının balansında olan avtobusla, daşıyıcı sayı düzgün müəyyən edilməyib. Halbuki hər avtobusa ən azı 2-3 sürücü düşməlidir. Sürücülər arasında iş saatının da düzgün nizamlanmaması qəzalara səbəb olur. Bir daha bəyan edirik ki, BNA olaraq təhlil aparırıq və apardığımız təhlillərin nəticəsi araşdırılaraq sizlərdən tələblərimiz olacaq", - deyə M.Abbasov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

APA Baycan

Oxşar yazılar