Magistraturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək
0
0
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elektron sınaq imtahanında iştirak etmək istəyənlər fevralın saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı fevralın 17-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.
0
0