Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə bilərlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 6-da keçiriləcək.