Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.
Bunun üçün bakalavrlar bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, elektron ərizəsinə daxil olaraq məlumatlarını qeyd edən 8644 bakalavrdan yalnız 8477 nəfəri qəbul proqramını seçərək təsdiq edib. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər iyunun 5-də keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.