Lənkəran-Lerik yolunda sürüşmə və uçqun aktivləşib
12 sentyabr 2013 12:54 (UTC +04:00)

Lənkəran-Lerik yolunda sürüşmə və uçqun aktivləşib

“Son günlər leysan yağması Lənkəran-Lerik yolunun 19-cu km-də sürüşmə və uçqunun aktivləşməsinə səbəb olub”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib. Onun sözlərinə görə, hazırda digər regionlarda ciddi dəyişiklik müşahidə olunmayıb: “Amma yağışlar mövsümü hələ qarşıdadır. Ona görə də bundan sonra digər sürüşmə ərazilərində aktivləşmə müşahidə olunması gözləniləndir”.

 

S. Əmiraslanov onu da vurğulayıb ki, Azərbaycanda 300-dən artıq sürüşmə sahəsi var: “Hazırda bunlardan ən aktivi Lənkəran-Lerik yoludur”.

 

Masazırdakı vəziyyətə gəlincə, partiya rəisi bildirib ki, həmin ərazilərdə bərkitmə işləri həyata keçirilməli idi: “Son günlər isə həmin ərazi ilə bağlı məlumatımız yoxdur”.

 

S. Əmiraslanovun sözlərinə görə, ilin əvvəlindən etibarən ən aktiv sürüşməyə Masazırda və  Lənkəran-Lerik yolunda rast gəlinir. “Ağsu aşırımındakı sürüşməyə gəlincə, qeyd etməliyəm ki, həmin ərazi kəskin sürüşmə ərazisidir və orada vəziyyət olduğu kimi qalır. Həmin ərazidəki lokal yerlərdə aktivləşmə fəsil dəyişkənliyindən asılı olaraq, hər zaman müşahidə olunur”-deyə, ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar