Kür və Araz çaylarında monitorinq aparılıb
14 avqust 2013 21:35 (UTC +04:00)

Kür və Araz çaylarında monitorinq aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının və transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinq keçirilib. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 99,6 m3/san artaraq 249,6 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,54-6.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar