Kolleclərə ixtisas seçiminin vaxtı uzadıldı
12 sentyabr 2013 15:42 (UTC +04:00)

Kolleclərə ixtisas seçiminin vaxtı uzadıldı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı 13 sentyabr saat 11:00-dək uzadılıb.

İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.  

 

# 442

Oxşar yazılar