Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
08 iyul 2013 15:15 (UTC +04:00)

Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün nazirliyin Şimal Regionlar Mərkəzinin binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirib.


 

APA-nın məlumatına görə, FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdiyi qəbul zamanı vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə bağlı K. Heydərova müraciət ediblər. Bütün müraciətlər diqqətə alınıb, nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar