Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
23 dekabr 2015 11:54 (UTC +04:00)

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 dekabr 2015-ci il tarixində Şabran şəhərində Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istindən xəbər verir ki, qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75)           24 dekabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar