Kayseri universitetində Azərbaycan multikulturalizm fənni tədris edilir
30 noyabr 2015 16:08 (UTC +04:00)

Kayseri universitetində Azərbaycan multikulturalizm fənni tədris edilir

0

 

Azərbaycan multikulturalizmi fənninin xarici və yerli universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestrin sonunda Bakı Beynəxalq Multikulturalizm Mərkəzin tərəfindən monitorinqlər aparılır.

 

Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fənnin xarici ölkə universitetlərində ilk monitorinqi Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəz universitetində aparılıb. Ərciyəz universitetində monitorinqi professor Möhsün Nağısoylu həyata keçirib.

Monitorinq zamanı dərsin gedişatı ilə tanış olan professsor Möhsün Nağısoylu, eyni zamanda ”Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda mühazirə oxuyub. Möhsün Nağısoylu Türkiyə və Azərbaycanın qardaş ölkə olduğunu, buna görə də Azərbaycanda olduğu kimi Türkiyə də tolerantlıq ənənələrin, multikultural dəyərlərin xüsusi önəm daşıdığını vurğulayıb. Tələbələr də öz növbəsində Azərbaycan multikulturalizmi fənninin onlar üçün çox maraq doğurduğunu söyləyiblər.

Dərsdə fənnin tədris edildiyi magistrlardan başqa Ərciyəz Universitetinin ədəbiyyat və tarix fakültələrindən 50- yə yaxın tələbə və müəllim iştirak edib.

 

Qeyd edək ki, Azərbaycan multikulturalizmi fənni Ərciyəz universitetinin Ədəbiyyat və Sosyal bilimlər fakültələrində oxuyan magistr səviyyəli tələbələrə cari dərs ilinin ilk semestrindən tarix üzrə fəlsəfə doktoru, dosent Qafar Mehdiyev tərəfindən tədris edilir.

 

Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetlərdə bu fənn tədris edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar