Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının sahiblərinə təqdim olunmasının dəqiq tarixi məlum olub.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.
Qeyd olunub ki, yanvar ayının 30-da, saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində mənzil almış jurnalistlərə açar və sənədlərin təqdimat mərasimi keçiriləcək.