“Sadəcə polisdən, yoldan, maşından hər şey asılı deyil”.
Lent. az-ın məlumatına görə, bu sözləri millət vəkili Jalə Əliyeva Ümumdünya Yol-Nəqliyyat hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Dövlət Yol Polisi əməkdaşları hər zaman öz vətəndaşlarını qoruyur.
Hər gün yol qəzasında ölənlərin çoxluğundan təəssüfünü bildirən millət vəkili, sürücüləri daha diqqətli olmağa çağırıb:
"Sadəcə polisdən, yoldan, maşından hər şey asılı deyil. Bizim özümüzdən də çox şey asılıdır. Daha diqqətli və məsuliyyətli olmalıyıq. Bundan başqa sürücü mədəniyyətinin hələ tam formalaşmaması səbəbindən də qəzalar çox baş verir ki, bu məsələ ilə bağlı da tədbirlər aparılmalıdır" - deyə, J. Əliyeva söyləyib.
Hər bir məsələdə maarifləndirmənin önəmli olduğunu deyən millət vəkili, media nümayəndələrinin də bu məsələ ilə bağlı daha geniş məlumatlar verməsinin müsbət nəticə verəcəyinə inandığını sözlərinə əlavə edib.