İyul ayına olan hava proqnozu açıqlandı
28 iyun 2013 11:20 (UTC +04:00)

İyul ayına olan hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti  iyul ayına olan hava proqnozunu açıqlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər  çox  olacağı ehtimal  olunur. Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına yaxındır. Gecələr temperatur 21-25° isti təşkil edəcək. Gündüzlər  temperatur 29-34° olacaq, bəzi günlərdə 35-39°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı  gözlənilir.         

                                                  

Naxçıvan  Muxtar Respublikasında orta aylıq temperaturun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına yaxındır. Gecələr temperatur 17-22° isti, bəzi günlərdə 25°-dək yüksələcək. Gündüzlər temperatur 30-35° isti, bəzi günlərdə 36-40°-dək yüksələcək.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  (norma 6-16 mm)  olacağı  gözlənilir.         

 

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy  rayonlarında orta aylıq  temperaturun 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına yaxındır. Gecələr temperatur 1-16° isti təşkil  edəcək. Gündüzlər temperatur 21-26° isti olacaq, bəzi günlərdə  28-33°-dək yüksələcək.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox  (norma 36-73 mm) olacağı  gözlənilir.    

                                                 

                                                                   

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-27° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına  yaxındır.  Gecələr temperatur 18-23° isti təşkil  edəcək. Gündüzlər temperatur 29-34° isti, bəzi günlərdə 35-38°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox  (norma 10-32 mm) olacağı  gözlənilir.    

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən,  Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına yaxındır. Gecələr temperatur 16-21° isti təşkil  edəcək.  Gündüzlər temperatur 26-31° isti, bəzi günlərdə 33-36°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə  isə bir qədər yüksək  (norma 9-118 mm) olacağı  gözlənilir.    

                                                 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,  Neftçala rayonlarında orta aylıq temperatur 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim  norması daxilindədir. Gecələr temperatur19-24° isti, bəzi günlərdə  26°-dək isti  təşkil  edəcək. Gündüzlər temperatur 32-36° isti, bəzi günlərdə 37-40°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  (norma 3-22 mm) olacağı  gözlənilir.    

Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara  rayonlarında orta aylıq temperaturun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim  normasına  yaxındır. Gecələr temperatur 19-24° isti təşkil edəcək. Gündüzlər temperatur 30-35° isti, bəzi günlərdə 36-38° isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı  gözlənilir.         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814
avatar

Oxşar yazılar