İsmayıllıda köçkün ailələrinə yeni mənzillər verildi
11 noyabr 2013 14:14 (UTC +04:00)

İsmayıllıda köçkün ailələrinə yeni mənzillər verildi

Bu günlərdə İsmayıllı ərazisində yenicə istifadəyə verilmiş qəsəbədə  45 məcburi köçkün ailəsi mənzillə təmin olunub. Lent. az-ın məlumatına görə, mənzillər ailə tərkibinə görə müvafiq rayon İH nümayəndələrinin və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə  püşk atma yolu ilə paylanıb.            

Qəsəbə su, elektrik və qaz təchizatı ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.

Bundan başqa, ərazidə 96 yerlik məktəb binası və  tibb məntəqəsi də tikilib. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilib.

Qeyd edək ki, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar