İşə qəbul olunan müəllimlərin 76 faizi qadınlardır
31 avqust 2013 17:17 (UTC +04:00)

İşə qəbul olunan müəllimlərin 76 faizi qadınlardır

 

Müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşib və 1474 nəfər müəllim işə qəbul edilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. İşə qəbul olunan 1474 nəfərdən 1116 nəfəri (75,7%) qadın müəllimlərdir.

 

Nazirlik bu ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin sayının müəyyən qədər artmasının səbəblərini də açıqlayıb. Bildirilib ki, əvvəlki illərdə 6-11 saat dərs yükü vakant hesab edilmirdi. Qeyd olunub ki, bu həcmdə dərs yükü ixtisas üzrə müəllim olmayan kiçik məktəblərdə mövcuddur. Bu il isə həmin yerlər də vakant yer kimi elan edilib ki, dərs yükü az olsa da, ixtisas müəllimi tərəfindən tədris edilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar