İsa Həbibbəyli: “Xalidə Xalidin işi ilə bağlı qərar veriləcək”
25 iyun 2013 13:04 (UTC +04:00)

İsa Həbibbəyli: “Xalidə Xalidin işi ilə bağlı qərar veriləcək”

“Xalidə Xalidlə bağlı məsələ mənim İnstituta təyin olunmağımdan xeyli əvvəl baş verib”. Bunu jurnalistlərə açıqlamasında Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli bildirib. İ. Həbibbəyli qeyd edib ki, istənilən elmi müəssisdə rəhbərliyin icazəsi olmadan xaricə səfər etmək məsuliyyət tələb edir: “Həmin elmi müəssisənin, institutun müvafiq şöbələri buna görə intizam məsuliyyəti daşıyır”. Direktor qeyd edib ki, intizam məsuliyyəti güclənərsə, bir də belə hallar yaşanmaz. “Bu hallardan bəzən Azərbaycanın milli maraqlarına qarşı istifadə olunur. İstəyirəm ki, beynəlxalq səviyyəli məsələlərə elə beynəlxalq oriyentalda da yanaşılsın. Beynəlxalq hüquq normalarına uyğun yanaşılsa, inanıram ki, bir də belə hallar yaşanmayuacaq”-deyə, İ.Həbibbəyli əlavə edib

Xalidə Xalidin işinə qayıtması məsələsinə gəlincə, İ.Həbibbəyli qeyd edib ki, hələ ki, instituta yeni təyin olunduğundan bu məsələlərlə məşğul olmayıb. Onun sözlərinə görə, müvafiq tədbir həyata keçiriləcək: “İşçilərin yoxlanması, intizam məsələsi ilə məşğul olmuşuq. Xalidə Xalidin işə gəlib-gəlməməsi ilə bağlı ayrıca məşğul olub müvafiq qərar verəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar