İran mətbuatında Urmiya gölünün son görüntüləri yayılıb - FOTO
31 avqust 2013 06:16 (UTC +04:00)

İran mətbuatında Urmiya gölünün son görüntüləri yayılıb - FOTO

İran mətbuatı Urmiya gölünün son görüntülərini əks etdirən fotoları yayıb. APA-nın məlumatına görə, “Fars” agentliyi fotomüxbirinin lentə aldığı şəkillərdən gölün sahəsinin xeyli kiçildiyi, suyun bəzi hissələrdə mavi, hətta yaşıl, əksər yerlərdə isə daha çox qırmızı rəngdə olduğu görünür.

 

Eyni zamanda Urmiya gölünün quruyan hissələrində xeyli duz kütlələrinin yığıldığı, hövzənin sahillərinə dincəlməyə gəlmiş insanların qum əvəzinə duzdan istifadə etdikləri, adalara asanlıqla gedildiyi, hətta avtomobillərin belə gölün içərisinə doğru irəlilədiyi nəzərə çarpır.

 

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar