İran-Azərbaycan sərhədində növbəti gərginlik - YENİLƏNİB
17 noyabr 2013 13:32 (UTC +04:00)

İran-Azərbaycan sərhədində növbəti gərginlik - YENİLƏNİB

İran İslam Respublikası ilə sərhəddə vəziyyət normallaşsa da, bu gün səhər saatlarında İranın sərhəd keçid məntəqəsində yeni qaydaların tətbiq etməsi ilə yenidən buraxılış məntəqəsində yük avtomobillərinin böyük növbəsi yaranıb. Bölgə müxbirimizin APA TV-yə verdiyi məlumata görə, yeni qaydalara əsasən, qarşı tərəfə keçən avtomobillərinin yüklə birlikdə ümümi çəkisi 30 tondan yuxarı olmamalıdır. Sürücülərinin sözlərinə görə, İranın tətbiq etdiyi yeni qaydalar beynəlxalq yükdaşıma standartlarından fərqlidir.

 

Sürücülərin sözlərinə görə, İrana məxsus yük avtomobillərinin əksəriyyəti 30 tondan yuxarı yüklə sərhəddi maneəsiz keçirlər, onlara heç bir məhdudiyyət qoyulmur. Azərbaycanlı sürücülər bildirirlərki avtomobillərindəki yüklərin azladılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azalmasına səbəb olacaq.

 

Artıq sərhəddə 30 tondan yuxarı olan yüklərin digər avtomobillərə boşaldılmasına başlanılıb. Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən sərhəddi Biləsuvardan keçən yük avtomobillərin əksəriyyəti Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdıb yüklərini azaltmaları tələb olunub. Naxçıvana keçmək üçün 150-dən yuxarı yük avtomobili İran sərhədindən Muxtar Respublikaya buraxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4489
avatar

Oxşar yazılar