Azərbaycanda havanın temperaturu 1 dərəcəyə düşəcək
27 oktyabr 2015 12:40 (UTC +04:00)

Azərbaycanda havanın temperaturu 1 dərəcəyə düşəcək

Oktyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal -qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 9-12, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

 

Oktyabrın 30-dək Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da buludlu və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237

Oxşar yazılar