İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edildi
08 yanvar 2014 11:53 (UTC +04:00)

İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edildi

Baş nazir Artur Rasizadə "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bu Nümunəvi Nizamnamə “Təhsil haqqında” qanuna əsasən hazırlanıb və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.

 

Qərara əsasən, ilk peşə-ixtisas təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcək. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə bilik qiyməti “2” olduğu üçün attestasiyaya buraxılmayan və ilk peşə-ixtisas təhsili almaq istəyən 15 yaşdan yuxarı olan şəxslər Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq verilən müvafiq arayış əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil ala biləcəklər.

Nizamnamədə qeyd olunur ki, ilk peşə-ixtisas təhsili müəssisəsi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq, mülkiyyətində və ya sərəncamında olan əmlaka, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

Bundan əlavə, ilk peşə-ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna da malik olacaqlar.

Qərarda vurğulanır ki, ilk peşə-ixtisas təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

 

Dövlət ilk peşə-ixtisas təhsili  müəssisələrində maddi vəziyyətindən asılı  olmayaraq,  istedadlı  şəxslər  və  sosial  müdafiəyə ehtiyacı  olanlar üçün müvafiq qaydada şərait yaradılacaq.

 

Əmək bazarının tələblərinə  uyğun  olaraq,  ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət və qeyri-dövlət təşkilatları və müəssisələri tərəfindən kadr hazırlığı üçün sifarişlər verilir və sifarişçi təşkilat məzunların ixtisasına uyğun işlə təmin olunmasına köməklik göstərilək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar