İctimai televiziyada daha bir dəyişiklik
28 may 2013 10:18 (UTC +04:00)

İctimai televiziyada daha bir dəyişiklik

İctimai Televiziya loqosunu dəyişib. Lent.az-ın məlumatına görə, mayın 28-i saat 00-dan etibarən kanal yeni loqosu ilə efirə çıxır. İctimai kanalın yeni loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapır. Lakin budəfəki loqo üzərində “itv” sözü daha aydın və anlaşıqlı formadadır. Loqo ekranın sağ yuxarı küncündə üfiqi istiqamətdə yerləşir.

 

 

Qeyd edək ki, bu yaxınlarda İctimai televiziyada rəhbər dəyişikliyi baş verib. İsmayıl Ömərovun yerinə Cəmil Quliyev bu kanalın baş direktoru vəzifəsinə seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1966
avatar

Nizam Rza

Oxşar yazılar