İçərişəhərə qeyri-adi Yeni il yolkası quraşdırılıb
27 dekabr 2015 02:35 (UTC +04:00)

İçərişəhərə qeyri-adi Yeni il yolkası quraşdırılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Yeni il bayramı ərəfəsində Qız qalası yaxınlığında qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstalyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

 

İdarə şəhərimizin sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar