6 sentyabrda Bakı şəhəri 2 №-li UGŞİM-də 2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) uşaqlar arasında və 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) yeniyetmələr arasında keçirilən I (birinci) dərəcə uğrunda yarışlar başa çatıb.
Lent.az-ın məlumatına görə, yarışlarda 65 nəfər (onlardan 11 nəfəri qızdır ) iştirak edib.
2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7 xalla Əhmədov Ramil (2 №-li UGŞİM), II yeri 7 xalla Məmmədov Rəvan (2 №-li UGŞİM), III yeri 6,5 xalla Əkbərov Nihat (RİOEUGŞM), 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7,5 xalla Talıblı Rövşən (HİRŞDK), II yeri 7 xalla İsrafilov Emil (3 №-li UGŞİM) və III yeri 6,5 xalla Şirməmmədov Cavid (2 №-li UGŞİM) tutub.
Yarışlarda həmçinin Əhmədov Ramil (2 №-li UGŞİM), Məmmədov Rəvan (2 №-li UGŞİM), Talıblı Rövşən (HİRŞDK) və İsrafilov Emil (3 №-li UGŞİM) I (birinci) dərəcə normasını yerinə yetirib.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Bakı şəhəri 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov və digər rəsmi şəxslər qalibləri təbrik edib. Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kuboklarla təltif olunublar.