Heydər Əliyevin xatirəsi “Heydər zirvəsi”ndə anılıb
12 dekabr 2015 10:15 (UTC +04:00)

Heydər Əliyevin xatirəsi “Heydər zirvəsi”ndə anılıb

 

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq ənənəyə çevrilən yürüşdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq 10 dekabr tarixində zirvəyə qalxaraq Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyub, Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar