Hər il 1 milyon azərbaycanlı İrana müalicəyə gedir
25 may 2014 14:04 (UTC +04:00)

Hər il 1 milyon azərbaycanlı İrana müalicəyə gedir

Hazırda Azərbaycanda 1000 İran vətəndaşı yaşayır ki, onlardan 700 nəfəri tələbədir. Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib. Lent.az-ın məlumatına görə, bu barədə Trend İRNA agentliyinə istindən xəbər yayıb.

Onun sözlərinə görə, orta hesabla hər il İrandan Azərbaycana 200-250 min nəfər turist səfər edir.

M.Pakayin əlavə edib ki, hazırda Azərbaycanda 500 İran şirkəti qeydiyyatdan keçib.

Səfir həmçinin qeyd edib ki, ildə bir milyon Azərbaycan vətəndaşı İrana müalicə məqsədi ilə səfər edir. " Onlar əsasən Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər edirlər", -deyə Pakayin bildirib.

Pakayin deyib ki, hazırda İran və Azərbaycan arasında münasibətlər müsbət atmosferada davam etdirilir.

"Mən iki ölkə əlaqələrin gələcək prespektivinin daha yaxşı səviyyədə olacağına inanıram, ona görə ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İrana sonuncu səfəri iki ölkə arasıdna əməkdaşlığın inkişafı sahələrini daha əlverişli edib",- deyə Pakayin bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565
avatar

Oxşar yazılar