Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-də Qəbələdə vətəndaşları qəbul edəcək. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 10:00-da başlanacaq tədbir Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.
Görüşə Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan vətəndaşlar qatıla bilərlər. Onlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.