<b>Havanın temperaturu 3-5 dərəcə enəcək -</b> <span style="color:red;">XƏBƏRDARLIQ
06 may 2016 12:18 (UTC +04:00)

Havanın temperaturu 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

 

Mayın 7-dən 9-dək qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı düşəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi axşama doğru arabir güclənəcək.

 

Havanın temperaturu gecə  10-14 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə  12-14 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  10-15 dərəcə isti,  gündüz  22-27  dərəcə isti, dağlıq rayonlarda gecə 3-8  dərəcə,  gündüz 13-18 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Fərizə Əhmədova

Oxşar yazılar