Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə,
şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
A. Verdiyev deyib ki, yaxın 2-3 gün ərzində hava şəraiti sabit keçəcək. Ayın 16-da cənub-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur 2-3 dərəcə yüksələcək.