Hava yağmursuz olacaq
30 avqust 2013 12:49 (UTC +04:00)

Hava yağmursuz olacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 31-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-24  dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, avqustun 31-də əsasən yağmursuz olacaq, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində lokal, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 19-24  dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti gözlənilir.

 

Yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin arabir dağlıq və dağətəyi ərazilərdə ehtimal olunan qısa müddətli yağış və temperaturun normaya uyğun olması kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişli olacaq.  Mərkəzi Aran rayonlarında isti hava şəraiti formalaşmış pambıq qozalarının yetişməsini və açılmasını, gec yetişən meyvələrin inkişafını təmin edəcək.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar