Hava kəskin dəyişəcək, Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
02 dekabr 2015 14:14 (UTC +04:00)

Hava kəskin dəyişəcək, Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 


Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. 

 

Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

***

 

13:14

 

Dekabrın 3-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 6-8 dərəcə, gününü birinci yarısı 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacaq,  bəzi yerlərdə sula qar, dağlıq və dağətəyi yerlərdə qar yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 4-6 dərəcə, gündüz 6-10 dərəcə, dağlıq rayonlarda gecə  4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.

 

Dekabrın 3-4- də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi,  xəzri küləyinin əsməsi və temperaturun ötən günlərlə müqayisədə xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Fərizə Əhmədova

Oxşar yazılar