Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 17-nə gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent. az-a verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında şimal küləyinin cənub şərq küləyi ilə əvəz olunacaq.
Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, yağmursuz olacaq və qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur Aran rayonlarında gecə 19 -24 dərəcə, gündüz 33-38 dərəcə olacaq. Bəzi yerlərdə 40-dərəcəyə qalxacaq. Dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.