Güzəştli kredit ala bilməyən vətəndaşlar İsmət Abbasova şikayət etdilər
28 iyun 2013 16:50 (UTC +04:00)

Güzəştli kredit ala bilməyən vətəndaşlar İsmət Abbasova şikayət etdilər

Kənd təsərrüfatı  naziri İsmət Abasov Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının sakinləri ilə görüşüb. Bu barədə Lent.az-a Kənd Təsərrufatı Nazirliyindən məlumat verilib.

 

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd ediblər.

 

Vətəndaşlar güzəştli kreditlərin alına bilməməsi, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması və.s məsələlərin həlli ilə bağlı təklifləri nazirin diqqətinə çatdırıblar.

 

Vətəndaşlar həmçinin, mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması, mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi, bələdiyyələrdə azyararlı torpaqları öz vəsaitləri hesabına yaxşılaşdırıb əkən istehsalçılara əlavə subsidiyaların verilməsi ilə də bağlı təkliflər səsləndiriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar