<b>Sabah Azərbaycanda 26 dərəcə temperatur olacaq</b> - <span style="color:red;">PROQNOZ
10 may 2016 12:17 (UTC +04:00)

Sabah Azərbaycanda 26 dərəcə temperatur olacaq - PROQNOZ

Mayın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə  yağış yağacağı ehtimalı var, cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz  18-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən  bəzi yerlərdə şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə isti,  gündüz  21-26    dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə,  gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meterohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar