Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verilib
02 dekabr 2015 12:55 (UTC +04:00)

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni evlərin təqdimatda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

 

Bildirilib ki, ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.

 

Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri minnətdarlıqlarını ifadə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar