“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
Lent.az-ın məlumatına görə, layihə çərçivəsində iyunun 11-də Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbir “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin layihə çərçivəsində təşkil etdiyi GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsinin yekunlarına həsr edilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaq olub. GMO məhsulların insan sağlamlığı üçün törətdiyi təhlükələr barədə söz açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri deyib ki, bu məhsulların Azərbaycan bazarlarına yol tapmasının istisna deyil, şagirdlərin GMO məhsullar barədə məlumatlı olması zəruridir.
Daha sonra inşa müsabiqəsinin qalibləri açıqlanıb. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.