Gilan Tekstil Parkında talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib
15 fevral 2018 14:48 (UTC +04:00)

Gilan Tekstil Parkında talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib

0

 

“Gilan Holding” Sumqayıt şəhərində talassemiyadan əziyyət çəkənlərə kömək etmək məqsədilə qanvermə aksiyası təşkil edib.

“Qan ver, həyat ver!” adlı aksiya Gilan Tekstil Parkının ərazisində Azərbaycan Talassemiya Federasiyasının dəstəyi ilə keçirilib. Könüllülük prinsipinə əsaslanan aksiyada holdinqin Sumqayıt şəhərində yerləşən şirkətlərinin əməkdaşları qan veriblər.

Aksiyanın əsas məqsədi müalicəsi olduqca çətin və bahalı olan talassemiya xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Bu ağır xəstəliyə tutulmuş uşaqlara düzgün və vaxtında müalicənin təmin edilməsinə göstərilən yardım, onlara sağlam həmyaşıdları kimi fəal və dolğun həyat sürmək imkanı verir.

Qeyd edək ki, “Gilan Holding” artıq Bakıda və Qəbələdə eyni məqsədlə qanvermə aksiyaları təşkil etmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar