Gəncə şəhərinin tarixi yerdəyişmələrindən əvvəlki ərazidə - hazırkı Zurnabad kəndi yaxınlığında başlanan araşdırmalar zamanı 4 qədim məzarlıq aşkarlanıb. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Araşdırmalar nəticəsində Zurnabad, Gədəmiş, Çıraqlı və Dəstəfur kəndlərində mövcud olan qəbiristanlıqların azı 4 min il əvvəl şəhər əhalisi tərəfindən salındığı məlum olub. Bunu qəbirüstü yazılar, qəbirlərin inşaat materiallarının tərkibi və həmin dövrə aid məzarlardan tapılan bir neçə əşya təsdiq edir.
Hazırda ərazidən tapılmış divar qalıqlarının üzərində tədqiqat işləri aparılır.