Füzulidə Qarabağ mövzusunda seminar keçirilib
23 noyabr 2015 14:36 (UTC +04:00)

Füzulidə Qarabağ mövzusunda seminar keçirilib

0

 

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirdiyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi çərçivəsində növbəti seminarı Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində keçirib.

 

Bir vaxtlar ermənilər tərəfindən işğala məruz qalan, lakin uğurlu Horadiz əməliyyatı nəticəsində azad edilən Aşağı Yağlıvənd kənd sakinləri müharibə reallıqlarını yaşamış və bu gün də cəbhə xəttində baş verənləri gündəlik həyatlarında yaşamaqdadır. Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi kənd sakinlərinin potensial informasiya mənbəyi olduğunu nəzərə alaraq layihə çərçivəsində növbəti seminarı məhz Aşağı Yağlıvənd kəndində reallaşdırıb.

 

Birliyin sədri Asəf Quliyev seminar iştirakçılarına layihə barədə məlumat verib. Sonra o, aparılmış monitorinqin yekunları ilə bağlı hesabatı dinləyicilərin nəzərinə çatdırıb və bildirib ki, 4 xəbər saytı üzərində iki ay aparılan monitorinq zamanı 23549 material nəzərdən keçirilib. Bu materialların 670-i Qarabağ münaqişəsinə həsr olunub.
 

Asəf Quliyev daha sonra internet resurslara yol tapan yanlış informasiyalardan konkret misallar göstərib. Məruzəçi potensial informasiya daşıyıcısı olan insanların belə hallarda aktivliyinin lazımlılığını bildirib.

 

Daha sonra məruzəçi Kərim Kərimli Qarabağ münaqişəsinin işıqlandırılması mövzusunda çıxış edib. Məruzəçi daha çox konkret misallar göstərib və naşı informasiyaların fəsadlarından danışıb.

 

Seminarın sonunda dinləyicilərin sualları cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar