Füzuli Hüseynov: “Bu yola çıxanda, gərək haradasa sınasan”
07 yanvar 2016 12:35 (UTC +04:00)

Füzuli Hüseynov: “Bu yola çıxanda, gərək haradasa sınasan”

 
“Qış aylarında fəslə uyğun yaşamağa üstünlük verirəm. Biz tərəfdə olan sürfüllü, hingilli və isti saxlayan bütün qış yeməkləri yeyirik. Bizlərdə qışlıq kəsilər, qaxac ət hazırlayırlar və bütün qış boyu dincəlirlər.  Yəni Qaxda qış maraqlı keçir”. 
Bunu APA TV-nin “Üç Dama” verilişində əməkdar artist Füzuli Hüseynov deyib. 
 
Aktyor seriallara baxmadığını desə də çəkildiyini dilə gətirib: 
“ Seriallarla bağlı nələrinsə düzəlmə vaxtı artıq keçib. Bizdə bir faciə var ki, təzə işə başlayanda “Əşi düzələr, yeniyik” deyib, keçirlər. Amma mənim fikrimcə, hər şeyi məhz başlanğıcda yaxşı olmalıdır. Yoxsa, tamaşaçını itirərsən. Baxın, artıq dövlət serial çəkilişinə pul ayırmır və bu serialın itkisidir.  Şəxsən mən yalnız tarixi seriallara baxıram. Yəni baxdığım serial mütləq hər hansı bir dahidən və ya tarixdən bəhs etməlidir. Hərdən fikirləşirəm ki, gələcəyə nələr qalacaq? Kino artıq geriyə çəkilib, indi dəbdə serial və teatrdır. Teatr heç vaxt ölməyəcək, çünki canlıdır. Bizə seriallar qalacaq, deyəsən. Mənim serialda çəkilməyim üçün yaxşı ssenari, tərəf müqabili və qonorar olmalıdır. Bizdə isə yaxşı pul verməyi sevmirlər. Amma oturub gözləməklə də heç nə çıxmır. Biz də bir az dedi-qoduya meylli millətik. Çox təklifdən imtina edərkən adın “Özündən razı” olur və qalırsan kənarda. Hazırda razılıq verdiyim serial melodrama janrındadır. Çəkilişində məni...”.
 
Qonağımız illər öncə səhnədən getməsindən də söz açıb. Əməkdar artist deyib ki, o, qərarlarını tez-tez dəyişən insanlardan deyil: 
“Bir işdən yapışdımsa, çox qazmağı,  dərinə getməyi sevirəm. Uzaqlaşdımsa, da bu da xeyli vaxt çəkir. Elə buna görə də 10 il uzaq düşdüm. O 10 ildə isə təzə çox şey öyrəndim. Bir az hüquq sahəsində çalışdım, bir az həkimliyi öyrəndim. Dara düşsəm, dağın başında qalsam, meşədə itsəm bir yol tapıb, özümü yaşada biləcək biliklərə sahib oldum”.
 
 
Füzuli Hüseynov sənətdə daha çox uğur qazanmağa can atmadığını bildirib:
 “Mən adımın qarşısında hər hansı bir fəxri adın olmasını istəməmişəm. Amma dövlət mənə fəxri ad verib. Səmimi bir söz deyim, bu ad uğrunda mübarizə aparanda çox gülünc görünürsən. Mən bunu öz gözlərimlə görmüşəm. Taleyinin yolunu dəyişmək, təkərini fırlatmaq istəyən adamlar olub. Düzdür, buna nail olanlar da olub, olmayanlar da. Ancaq məhz bu yola çıxanda, gərək haradasa sınasan. Nələrisə əldə etmək üçün gərək alçalmağı və əyilməyi də bacarasan. Belə xüsusiyyətlərə sahib olmadığım üçün, mən...” 
 
 
Füzuli Hüseynovu adətən “Səhnənin yaraşıqlı kişi obrazı” deyə təqdim edirlər. Qonağımız bu məsələyə də münasibət bildirib
“Düşünmürəm ki, yaraşıqlı kişiyəm və bu təqdimatla da heç vaxt razılaşmamışam. Bu təvazökarlıq deyil, mən həqiqətən də özümü yaraşıqlı hesab etmirəm. Mən “doğru” deyilən hər sözə də inanmıram. Düzgün olan tənqidə, səmimi sözə  inanmağa çalışıram. Ancaq qərəzli deyilən sözləri də anlaya bilirəm...”.    
 
Uşaqlığını xatırlayan əməkdar artist mərhum atasından söz açıb:

“Mənim atam sürücü olub. O dövrdə sürücü olmaq isə baş nazir vəzifəsi kimi idi. Yəni, hər adam bu işdə çalışa bilmirdi. Deyirlər, mən atama oxşayıram. Atamdan daha çox evə bağlılığı götürmüşəm. Evdə nə isə çatmayanda atam onu kilo ilə almazdı, yeşiklə alardı. Yağı, duzu, şəkəri və gərək olan bütün məhsulları yeşiklə evə gətirərdi. O, heç çörəyi də bir dənə almazdı. Deyirdi ki, axşam evə iki çörəklə daxil olanda xoşbəxt və rahat oluram. Atam halal zəhməti ilə heç də az pul qazanmayan kişi olub. O, son bir ayını xəstə yatdı və mən onun yanında oturdum. Onun bir çox xüsusiyyətlərini həmin bir ayda öyrəndim. Dözümlü olmaq, güc göstərmək, iradə və təpərini sındırmaması... Yaşadığı sonuncu günü mənə hirsləndi ki, apar məni evə. Evə gedərkən vəfat etdi. Ölümü çox rahat oldu. Yerində uzanmışdı, yemək yedi, namazını qıldı....."  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar